09 okt, 20:31
"Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Regionlarda qadın və qızların peşə təhsili sahəsində maarifləndirilməsi, onların iqtisadi asılılığının aradan qaldırılması məqsədilə sahibkarlığa cəlb olunmasına dəstək” adlı layihənin icrasına başlayıb. Lerik və Astara rayonlarında icra olunacaq layihə çərçivəsində orta məktəblərdə təhsil alan 9-11 sinif qızları üçün peşə təhsilinin əhəmiyyəti barədə seminarlar, eyni zamanda qadınların özünüməşğulluğa cəlb olunması məqsədilə təlimlər təşkil ediləcək.