"İrəvan – Tariximiz, Torpağımız, Taleyimiz" Fotoalbomu Fransız Dilində
24 okt, 21:39

Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa ilə birgə ərsəyə gətirdiyimiz nəşr artıq beynəlxalq oxuculara təqdim olunur. Görkəmli alimimiz, Qərbi Azərbaycan tarixinin fundamental araşdırmaçılarından biri, Dövlət Mükafatı laureatı mərhum İsrafil Məmmədovun eyniadlı tarixi əsərindən ilhamlanaraq adlandırdığımız "İrəvan – Tariximiz, Torpağımız, Taleyimiz" adlı fotoalbom fransız dilinə tərcümə edilmişdir.

Bu tərcümə İrəvanın zəngin mədəni irsini, tarixi abidələrini və xalqımızın bu torpaqlardakı qədim izlərini fransızdilli dünyaya çatdırmaq üçün mühüm bir vəsaitdir.

Notre #Histoire, Notre #Terre, Notre #Destin