“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi EarthWarriorz.org-la əməkdaşlığa başladı.
09 iyl, 21:49

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi EarthWarriorz.org-la əməkdaşlığa başladı.
UNFCCC SB 62 çərçivəsində 2 təşkilat arasında bağlanan anlaşma memorandumu əsasında 16 yaşadək uşaqlar üçün iqlim mövzusunda maarifləndirmə təşkil ediləcək. Əməkdaşlıq çərçivəsində ətraf mühitə dair web-səhifədə Azərbaycan dilində bölmə yaradılacaq, ölkə kontekstində maarifləndirici video-çarxlar hazırlanacaq, eyni zamanda bilik və bacarıqların artırılması üçün təlimlər təşkil ediləcək.