"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi (“VSRN” İB) 23 avqust 2005-ci ildə dövlət qeydiyyatına alınmışdır. Təşkilatın əsas məqsədi aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, kimsəsizlərin və əlillərin sosial problemlərinin, məşğulluq problemlərinin həllində iştirak etmək, onlara humanitar yardım göstərmək, eyni zamanda ətraf mühitin qorunmasında fəaliyyət göstərməkdir. İctimai Birliyin əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın tarixi həqiqətlərinin araşdırılması, yerli və beynəlxalq ictimaiyyət arasında təbliğini həyata keçirməkdir.