İradə Rzazadə Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illik yubileyi münasibətilə yubiley medalı ilə təltif olunub. Bu münasibətlə o, sıx əməkdaşlıq etdikləri Azərbaycan Milli Kulinariya Mərkəzinə, xüsusilə Mərkəzin direktoru Tahir Əmiraslanov başda olmaqla bütün kollektivə təşəkkürünü bildirib.
İradə Rzazadə bildirib ki, bu illər ərzində Azərbaycan milli mətbəxinin tanıdılması istiqamətində mühüm və uğurlu işlər görülüb və bu fəaliyyət yüksək qiymətləndirilməlidir. O, gələcəkdə də Mərkəzin fəaliyyətində davamlı uğurlar arzuladığını qeyd edib.