Seçkilərdə 991 namizəd mübarizə aparacaq
24 avq, 12:18

Növbədənkənar parlament seçkilərində deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlanıb.
Yeniavaz.com 
APA-ya istinadla xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov məlumat verib.

O, seçki bülletenlərində deputatlığa 991 namizədin adının qeyd olunduğunu vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək.