Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair) çərçivəsində möhtəşəm bir nəşrin təqdimatı baş tutacaq.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən hazırlanan və “Şərq-Qərb” nəşriyyatında çap olunan “İrəvan – Tariximiz, Torpağımız, Taleyimiz” adlı fotoalbom geniş ictimaiyyətə təqdim ediləcək.
Fotoalbomda qədim Azərbaycan torpağı olan İrəvanın tarixi abidələrini, mədəniyyətini, təhsil mühitini və məişətini özündə birləşdirən 300-ə yaxın nadir fotoşəkil yer almışdır.