



“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin işçi qrupu Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi layihə çərçivəsində növbəti dəfə Daşkəsən rayonunda səfərdə olub.
“Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin ailələrinin və qazilərin sosial problemlərinin həllinə dəstək” adlı layihənin icrası zamanı Daşkəsən rayonundan olan I və II Qarabağ müharibələrində şəhid olmuş şəxslərin ailələri, eləcə də qazilər ziyarət edilib. Görüşlər zamanı onların sosial durumları, istəkləri və qarşılaşdıqları problemlərlə bağlı sorğular aparılıb.
Hazırda sorğuların nəticələri ümumiləşdirilərək müvafiq dövlət qurumlarına ünvanlanacaq müraciətlər hazırlanır. Eyni zamanda, aidiyyəti qurumlarla görüşlər təşkil olunaraq müzakirələr aparılır. Beləliklə, QHT–dövlət əməkdaşlığı çərçivəsində bu kateqoriyaya aid şəxslərin problemlərinin həllinə dəstək göstərilməsi istiqamətində ardıcıl işlər həyata keçirilir.