Masallıda Şəhid Ailələri və Qazilərlə Görüşlər Keçirildi
16 mar, 00:00

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin icra etdiyi “Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin ailələrinin və qazilərin sosial problemlərinin həllinə dəstək” adlı layihə çərçivəsində bu ay Masallı rayonunda olduq.

Səfər zamanı şəhid ailələrini və qaziləri ziyarət edərək onların qarşılaşdıqları problemlər və üzləşdikləri çətinliklərlə yaxından tanış olduq. Layihə müddətində müvafiq qurumlarla əməkdaşlıq edərək bu problemlərin həlli istiqamətində konkret və məqsədyönlü addımlar atılacaq.