Mədəniyyət naziri Anar Kərimovla ölkəmizdə səfərdə olan, hazırda Almaniyada yaşayan İrəvan xanının nəslindən olan Əmir Əli Sərdari İrəvani arasında görüş keçirilib.
07 sen, 20:26

Mədəniyyət naziri Anar Kərimovla ölkəmizdə səfərdə olan, hazırda Almaniyada yaşayan İrəvan xanının nəslindən olan Əmir Əli Sərdari İrəvani arasında görüş keçirilib.

Görüş zamanı İrəvanın tarixi-mədəni irsinin dirçəldilməsi ilə bağlı nəzərdə tutulan işlər, layihələrə dair fikir mübadiləsi aparılıb. Bu xüsusda, İrəvanda və ümumilikdə hazırkı Ermənistan ərazisində Azərbaycan xalqına məxsus zəngin tarixi-mədəni irsə qarşı Ermənistan tərəfindən illər boyu həyata keçirilən soyqırıma diqqət çəkilib. Əmir Əli İrəvani sözügedən ərazilərdə mədəni irsimizin dirçəldilməsi ilə bağlı layihə və təşəbbüslərdə məmnuniyyətlə iştirak edə və dəstək göstərə biləcəyini qeyd edib.

Öz növbəsində, nazir A.Kərimov mədəni irs nümunələrinin arxivləşdirilməsi, qeydiyyata alınması və bu xüsusda qonşu dövlətlərin arxiv sənədlərinin araşdırılmasının vacibliyini qeyd edib. 

Sonda Ə.Ə.İrəvani əcdadlarının torpaqlarına bir daha səfər etməkdən məmnunluq hissini ifadə edib.