“İrəvan xanlığı – Azərbaycan tarixinin şanlı səhifəsi”
03 sen, 20:20

Azərbaycana səfər edən İrəvan xanının nəvəsi Əmir Əli Sərdari İrəvani ilə görüş keçirilib.

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “İrəvan xanlığı – Azərbaycan tarixinin şanlı səhifəsi” adlı tədbir baş tutub. Tədbiri təşkilatın sədri İradə Rzazadə açaraq onun məqsəd və əhəmiyyəti barədə məlumat verib, həmçinin təşkilatın dəvəti ilə Azərbaycana gələn İrəvan xanının nəvəsi Əmir Əli Sərdari İrəvanini iştirakçılara təqdim edib.

Görüşdə AMEA Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov və tarix üzrə fəlsəfə doktoru Elçin Qarayev “İrəvan xanlığının Azərbaycan tarixində rolu” mövzusunda məruzələrlə çıxış ediblər. Tədbirdə iştirak edən tarixçi alimlər və vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycan tarixinin bu şanlı və mühüm dövrü ilə bağlı fikirlərini bölüşüblər.

İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın nəslinin davamçısı olan Əmir Əli Sərdari İrəvani çıxış edərək öz nəsil tarixi, İrəvan xanlığının irsi və bu tarixi yaddaşın qorunmasının əhəmiyyəti barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.