İrəvan xanının nəvəsi Amir Ali Sardari İrəvani Qarabağda səfərdədir
25 avq, 20:14

İrəvan xanının nəvəsi Amir Ali Sardari İrəvani Qarabağda səfərdədir

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin dəvəti ilə Azərbaycana səfər edən İrəvan xanının nəvəsi Amir Ali Sardari İrəvani hazırda Qarabağdadır.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərə baş çəkən Amir Ali bəy bu torpaqlara hər zaman gəlməyi arzuladığını bildirib. Səfərinə Füzuli rayonundan başlayan qonaq burada gördüklərindən, ərazinin ciddi dağıntılara məruz qalmasından dərin təsirləndiyini etiraf edib.

Eyni zamanda, o, Füzulidə aparılan genişmiqyaslı yenidənqurma işləri və yeni istifadəyə verilmiş beynəlxalq hava limanı ilə tanış olub. Daha sonra Şuşaya səfər edən İrəvan xanının nəvəsi Şuşa qalasını, Cıdır düzünü, Pənahəli xanın evini və digər tarixi abidələri ziyarət edib.