Günərzi Qayğı Mərkəzinin uşaqları Ulu Öndərin anım günündə Heydər Əliyev Mərkəzini ziyarət etdilər
12 dek, 00:00

Daşkəsən rayonu "Günərzi Qayğı Mərkəzi"nin uşaqları və işçi kollektivi Ulu Öndərin anım günü ilə əlaqədar Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinə səfər etmişlər. Burada onlar Heydər Əliyevin şərəfli ömür yolu haqqında geniş məruzə dinləmiş, Ulu Öndərin həyatı və fəaliyyətindən bəhs edən filmə baxmışlar. Sonda isə Mərkəzin uşaqlarının ifasında Azərbaycana, Ulu Öndərə həsr olunan şeirlər səsləndirilib

#HeydərƏliyev #UluÖndər #anımgünü
#ƏƏSMN #SosialXidmətlərAgentliyi