Binəqədidə xüsusi qayğıya ehtiyacı olan gənclər arasında “Bacarıqlı əllər” müsabiqəsi keçirildi
03 dek, 00:00
Binəqədi Rayonu İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi və "GÜVƏN" Xeyriyyə və Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə 3 Dekabr - "Beynəlxalq Əlillər Günü" münasibəti ilə Binəqədi Gənclər Evində xüsusi qayğıya ehtiyacı olan yeniyetmə və gənclər arasında "Bacarıqlı əllər" müsabiqəsi keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, "Binəqədi Gənclər evi” sosial xidmət müəssisəsinin direktor səlahiyyətlərini müvəqqəti əvəz edən Zeynal Rəşidli, "GÜVƏN" Xeyriyyə və Dostluq Cəmiyyətinin sədri Nigar Bayramlı, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyin sədri İradə Rizazadə iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev əlil insanlara göstərilən dövlət qayğısından, yaradılan şəraitdən və Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən həyata keçirilən tədbirlərdən danışdı.