2020 il yanvarın 19 da Daşkəsəndə fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzinin uşaqları Daşkəsəndə Şəhidlər Xiyabanını ziyarət edib və onlara həsr edilmiş tədbirdə böyük həvəslə iştirak etmişlər.
Bu il isə həmin Mərkəzin uşaqları artıq Azərbaycanımızın erməni təcavüzündən azad edilmiş torpaqlar uğrunda Şəhid olmuş əsgərlərimizin ,vuruşan Qazilərimizin xatirinə həsr olunan tədbirə çox böyük həvəslə hazırlaşırlar. Onların içərisində Azərbaycanın gələcək əsgərləri var.

