Gərgin keçən iş səfərinin sonunda nəhayət ki, özümüzü ölkəmizdəyikmişik kimi hiss etdirən doğma məkanı ziyarət etmək imkanımız oldu.
Polşa Azərbaycanlıları Şurasının üzvləri Polşada diasporamızın fəaliyyəti, Azərbaycan Evinin soydaşlarımız üçün həyata keçirdiyi layihələr ilə bizi tanış etdilər və birgə əməkdaşlıq imkanlarını müzakirə etdik. Eləcə də Fərid bəy tərtibatçısı olduğu və 2 ölkə arasında mədəni əlaqələrin inkişafına təkan vermiş Azərbaycan-Polşa nağılları kitabını hədiyyə etdi.
Dəvətiniz üçün təşəkkür edirik!
