


Oktyabrın 2-də Polşada ATƏT-in 2024-cü il Varşava İnsan Ölçüsü Konfransı çərçivəsində “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin təmsilçisi Nadima Rahimli, İqtisadi və Sosial İnkişaf Mərkəzinin nümayəndəsi Fuad Karimli yan tədbir keçirib.
Yan tədbir “İqlim dəyişmələri və qaçqınların sağlamlığı” mövzusuna həsr edilib və dünyada qaçqın və məcburi köçkünlərin vəziyyəti, iqlim dəyişmələrinin onların həyatına sosial, iqtisadi təsirləri müzakirə edilib. Dünyada məcburi köçkünlərin üzləşdiyi problemlər, xüsusilə Qərbi Azərbaycandan deportasiya edilmiş şəxslərin öz ata-baba yurdlarına qayıtmaq hüququnun bərpa edilməsinin vacibliyi geniş müzakirə edilib. Qeyd olunub ki, Ermənistandan zorla deportasiya edilmiş azərbaycanlıların bir hissəsi köç zamanı yeni iqlim mühitinə uyğunlaşa bilməyib, həyatlarını itiriblər.
Yan tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilib.