CSW68 çərçivəsində BMT Baş Katibi vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirdi
13 mar, 00:00

Qadınların Statusu Komissiyasının 68-ci sessiyası çərçivəsində BMT-nin Qəyyumluq Şurasında Baş Katib Antonio Guterreşin iştirakı ilə Vətəndaş Cəmiyyəti nümayəndələri ilə görüş keçirildi. Baş Katib hökumətlər tərəfindən qəbul olunan qərarlarda vətəndaş cəmiyyətinin iştirakının əhəmiyyətini xüsusi vurğuladı və çıxışının sonunda gender bərabərliyinin qorunmasında qadınlara, vətəndaş cəmiyyəti nümayəndələrinə aktiv olmağa səslədi. #UN #CSW68 #WomenStatus