Nədimə Rəhimli Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuraya seçilib
29 iyl, 21:35

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibi formalaşdırılıb. Seçkinin nəticələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş səs çoxluğunu toplamış 9 namizəd arasında Nədimə Rəhimli, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin nümayəndəsi də yer alıb. İctimai Şura miqrasiya sahəsinə dair məsələlərin müzakirəsi, müvafiq təkliflərin hazırlanması, qanun layihələrinin təkmilləşdirilməsi, ictimai rəyin öyrənilməsi və Xidmətin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. Şuranın səlahiyyət müddəti “İctimai iştirakçılıq haqqında” Qanuna əsasən iki ildir.