Nədimə Rəhimli BMT-nin LLDC3 Konfransında Azərbaycanın Vətəndaş Cəmiyyəti nümayəndəsi kimi iştirak edir
04 avq, 21:34

Nədimə Rəhimli BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransında (LLDC3) Azərbaycanın Vətəndaş Cəmiyyəti nümayəndəsi kimi iştirak edir. 4-8 avqust tarixlərində Türkmənistanın Avaza şəhərində keçirilən konfransın ilk günü Parlamentlərarası və Vətəndaş Cəmiyyəti Forumlarının açılış mərasimi olub. Milli Məclisin spikeri Sahibə Qafarova Forumun “Vyanadan Avazaya: Həll olunmamış çağırışlar, öyrənilmiş dərslər və irəliyə doğru yol” mövzusunda keçirilən 1-ci sessiyasına sədrlik edib və Azərbaycanın müvafiq sahələrdə gördüyü işlər barədə forum iştirakçılarını məlumatlandırıb. Vətəndaş Cəmiyyəti Forumunun açılış mərasimində BMT-nin az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə ofisinin Baş katibin müavini və Ali nümayəndəsi Rabab Fatima, eləcə də BMT-nin İqtisadi və Sosial Şurasının yeni prezidenti Lok Bahadur Thapa çıxış edərək, LLDC ölkələrdə Vətəndaş Cəmiyyəti institutlarının vacib rolundan bəhs ediblər. Növbəti günlərdə Konfrans çərçivəsində Qlobal Cənub əməkdaşlığı, Qadın Liderlər və digər mühüm mövzularda Forumların baş tutması gözlənilir. #LLDC3 #civilsociety