Nədimə Rəhimli BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransında iştirak edib
10 avq, 21:19

Nədimə Rəhimli BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransında (LLDC3) Vətəndaş Cəmiyyəti Forumu ilə yanaşı, Lider Qadınlar, Cənub-Cənub əməkdaşlığı və Gənclər Forumlarında iştirak edib. Cənub-Cənub əməkdaşlığı Forumu çərçivəsində BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisin (UNOSSC) direktoru xanım Dima Al-Khatib ilə görüşərək Qlobal Cənub QHT Platformasının gələcək perspektivlərini müzakirə edib. Keçən bir neçə sessiyada BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı direktorunun müavini Dmitri Mariyasin Azərbaycanın adını xüsusi vurğulayaraq ölkənin rəqəmsal nəqliyyat infrastrukturu və beynəlxalq dəhlizlərlə inteqrasiyası üzrə atdığı addımları təqdirəlayiq hesab edib.
#LLDC3 #civilsociety #vətəndaşcəmiyyəti