Bakı İqlim Fəaliyyəti Həftəsində iştirak üçün Bakıda səfərdə olan Qlobal Cənub QHT Platformasının Zimbabve üzrə təmsilçisi, Zimbabve Gənclər səfiri Abiel Maware Azərbaycan Milli QHT Forumunun inzibati ofisini ziyarət edərək Forumun fəaliyyəti ilə yaxından tanış olub və Qlobal Cənub Platformasının gələcək fəaliyyət istiqamətlərini müzakirə edib. #Bakuclimateactionweek #GlobalSouth


