İordaniya Senatoru Asia Abdel Yaghi Nədimə Rəhimlini fəxri mükafatla təltif edib
05 may, 20:21

Azərbaycanda səfərdə olan İordaniya Senatoru, İordaniya Siyasi Sisteminin Müasirləşdirilməsi üzrə Kral Komitəsinin üzvü və İordaniya İnsan Hüquqları üzrə Milli Mərkəzin Qəyyumlar Şurasının üzvü Asia Abdel Yaghi Nədimə Rəhimlini fəxri mükafatlarla təltif edib.

Təltifetmə mərasimi çərçivəsində Nədimə Rəhimliyə İordaniya Senatının medalı, eləcə də iki ölkənin vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində göstərdiyi təşəbbüslərə görə Senatorun rəhbərlik etdiyi “I am Human” cəmiyyətinin Fəxri Fərmanı təqdim olunub.

Qeyd edək ki, bu mükafatlar Azərbaycan və İordaniya arasında vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığın gücləndirilməsinə verilən töhfənin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir.