11 yan, 23:42
Azərbaycanda unun topdansatışı ilə məşğul olan şirkətlər tərəfindən verilən məlumata görə hazırda 50 kiloqramlıq un kisəsinin qiyməti 25,3-27,5 manat arasında dəyişir.
Yeniavaz.com xəbər verir ki, 20 gün əvvəl 50 kiloqramlıq un kisəsinin qiyməti 26,5-28,5 manat arasında dəyişib. Açıqlanan məlumatlardan da göründüyü kimi, son 20 gün ərzində unun topdansatış qiyməti 4,5% ucuzlaşıb.
Qeyd edək ki, hazırda 50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 25,3 manata “Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 27,5 manata “Azeri-Arapoğlu U.S və T.LTD” BM satır.