Nədimə Rəhimli Fransa və Polşanın "Quota Climat" və "Data for good" təşkilatları tərəfindən təşkil olunmuş "İqlim dəyişikliyi ilə bağlı məlumat dəqiqliyinin təşviqi: Paris razılaşması üçün mühüm mərhələ" adlı yan tədbirdə məruzəçi olaraq çıxış etdi
21 iyn, 20:14


Tədbirin məqsədi iqlim dezinformasiyasının yayılması və formaları haqqında məlumatlılığı artırmaq, dezinformasiyaya qarşı iqlim dəyişikliyi ilə bağlı məlumatların bütövlüyünü təşviq etmək və onu dezinformasiya təhlükəsindən qorumaq üçün qlobal öhdəliyi işə salmaq idi.
"Quota Climat"-ın baş katibi Eva Morelin və "Data for Good"-un baş katibi Sherri Aldisin moderatorluğu 2 paneldən ibarət tədbirdə
Fransa prezidentinin enerji, ətraf mühit, nəqliyyat və kənd təsərrüfatı məsələləri üzrə müşaviri Benoit Faraco, Braziliya Respublikası Prezidentinin Rəqəmsal Siyasətlər katibi Joao Brant, İqlim məsələləri ilə bağlı SB62-də iştirak edən Polşa hökumətinin nümayəndə heyətinin rəhbəri Katarzyna Wrona da məruzəçi olaraq çıxış etdilər.
Çıxışımda COP29 dövründə Azərbaycana qarşı məqsədli şəkildə aparılan dezinformasiya xəbərlərini, bununla bağlı mübarizədə COP29 prezidentliyinin operativ məlumatlandırmalarını və bu istiqmətdə həyata keçirdiyi addımları iştirakçıların diqqətinə çatdırdım.