Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 13-15-də XII Qlobal Bakı Forumu keçirildi. Bu ilki Forumun mövzusu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” idi.
16 mar, 19:51


Bəli, yeni dünya düzəni məhz Azərbaycanın paytaxtı Bakıda müzakirə edildi.
3 gün davam edən Forumda müxtəlif ölkələrin prezidentləri, nazirləri, parlament nümayəndələri, həmçinin sabiq hökumət rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə müxtəlif panel və sessiyalarda cari durum, çağırışlar və fürsətlərdən danışıldı.
#GlobalBakuForum #XIIGlobalBakuForum #QlobalBakıForumu