"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin nümayəndəsi olaraq bir sıra QHT nümayəndələri ilə birgə Moldovada təcrübə mübadiləsində iştirak etdilər
31 yan, 19:32


Səfər əlilliyi olan şəxslər sahəsində fəaliyyət göstərən QHT-lər olaraq Moldovada analoji sahədə fəaliyyət göstərən QHT-lərin işini öyrənmək və təcrübə mübadiləsi etmək məqsədilə təşkil olunmuşdur. Təcrübə mübadiləsi zamanı Belç meriyasının rəhbərliyi, müvafiq sahədə fəaliyyət göstərən
QHT nümayəndələri ilə görüşlər keçirildi, eyni zamanda QHT-lərin tabeliyində olan sosial müəssisələrin fəaliyyəti ilə tanış olduq. Həmçinin Azərbaycan QHT-ləri fəaliyyətləri ilə bağlı Moldovadan olan həmkarlarına ətraflı məlumat verdilər.
Səfər Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə həyata keçirilir.
Qeyd edək ki, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının üzvüdür.