İrəvan sakini, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə həmin xatirələri illərdir ki, özü ilə daşıyır.
12 avq, 18:57

O torpaqlara qayıdacağımıza inamımız gündən-günə artır - MÜSAHİBƏ
Zaman keçsə də bəzi illər, bəzi yerlər yaddaşdan silinmir. İrəvan da, İrəvanlı günlər də belə xatirələrdəndir– bir dövr orada yaşayan insanlar üçün yalnız coğrafi məkan deyil, həm də həyatlarının bir parçasıdır. İrəvan sakini, "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə həmin xatirələri illərdir ki, özü ilə daşıyır.
Onun “İrəvan – tariximiz, torpağımız, taleyimiz” adlı fotoalbomu şəxsi yaddaşın vizual ifadəsidir. Albom təkcə şəkillər toplusu deyil, bir dövrün ovqatını əks etdirən sənədli salnamədir. AZƏRTAC-a müsahibəsində İradə xanım bu layihənin yaranma prosesindən, İrəvan şəhərinin onun həyatındakı yerindən və gələcək arzularından danışıb.

https://azertag.az/xeber/3699191?fbclid=IwY2xjawPN90BleHRuA2FlbQIxMQBicmlkETEwcGZYWlh0U3hlOHlaNHdRc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHg6oc0B5m5DfrUKIhLa4D6fNOT-OdCni9U7iRvWUa4D6LCxDrKCLSkM0CyKk_aem_eX14J-ZA_KFEQ0fPj5OqZQ