
Çin Milli Nəşrlərin İdxal və İxrac Qrupu tərəfindən təşkil olunan sərgidə bu il 80 ölkədən 1700-dən çox iştirakçı, o cümlədən 200-dən artıq beynəlxalq kitabxana və tədqiqat institutu iştirak edib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi tərəfindən 4 dildə nəşr olunan "İrəvan - Tariximiz, Torpağımız, Taleyimiz" adlı fotoalbom da sərgilənən kitablar içərisində yer alıb.
Kitabın yüksək keyfiyyətdə nəşr olunmasına və sərgidə nümayiş olunmasına görə
Şərq-Qərb ASC Nəşriyyat və Poliqrafiyaya və xüsusən də Nəşriyyat departamentinin direktoru Sevil İsmayılovaya minnətdarlığımızı bildiririk.
#QərbiAzərbaycan #Kitabsərgisi