Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə bildirib ki, QHT-lərin fəaliyyəti ictimaiyyətə doğru şəkildə çatdırılmalı və dövlət qurumlarının məlumatlılığının artırılmasında mətbuatın rolu əhəmiyyətlidir.
O, Cəsarət müəllimə ünvanladığı məktubda qeyd edib:
"Səmimi qəlbdən təbrik edirəm. Milli QHT Forumunda il ərzində bu məsələni həmişə qaldırdıq və nəhayət, QHT.az saytının yaranması ilə bu məsələ həll olundu. QHT-nin bütün fəaliyyətlərinin mətbuat vasitəsilə yayılmasına böyük ehtiyacı var idi, və nəhayət QHT.az saytı yarandı. Sizə bu məsələdəki dəstəyiniz üçün təşəkkür edirəm."
O, həmçinin ümidvar olduğunu bildirib ki, QHT.az saytı inkişafını davam etdirəcək, əməkdaşlıq geniş və səmərəli olacaq, və bu sahədə birgə fəaliyyət uğurlu şəkildə davam etdiriləcək.