“İrəvan – Tariximiz, Torpağımız, Taleyimiz” Fotoalbomu Rəsmi Qeydiyyat Şəhadətnaməsini Əldə Edib
07 iyl, 00:00

“İrəvan – Tariximiz, Torpağımız, Taleyimiz” adlı fotoalbom Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyininqeydiyyat şəhadətnaməsini əldə edib.

Uzun illərdir Qərbi Azərbaycana dair xan nəsillərinin nümayəndələrindən və kolleksionerlərdən toplanan fotoşəkillər əsasında hazırlanan albom, keçən il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə nəşr olunub. Albom 3 dildə çap edilib və əsas məqsəd tarixi həqiqətləri qısa, lakonik, vizual və fotoşəkillərlə çatdırmaqdır.

Xüsusilə, xarici rəssam-səyyahların çəkdiyi fotoşəkillər İrəvan şəhərini və ümumilikdə indiki Ermənistan adlanan torpaqları Azərbaycan/müsəlman torpaqları olduğunu sübut edir və bu faktlar indiki dövrdə heç kim tərəfindən təkzib oluna bilməz.

İndi əsas vəzifə bu toplunun daha çox xarici dillərə tərcümə olunaraq yayılması və təbliğatının həyata keçirilməsidir.