“Vətəndaşların Sosial Rifahı Naminə” İB-nin Günərzi Qayğı Mərkəzləri 2 Rayonda Fəaliyyətini Davam etdirir
18 may, 00:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin dəstəyilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin nəzdində 2 rayonda Günərzi Qayğı Mərkəzləri fəaliyyətini davam etdirir.

Layihənin ilkin mərhələsində İctimai Birliyin sədri İradə Rizazadə və sədr müavini Nədimə Rəhimli Zaqatala və Şəmkir rayonlarına ezam olunaraq Mərkəzin işçi heyəti ilə görüşmüş, onları müvafiq qaydalar üzrə təlimatlandırmışlar.

Mərkəzlərə 3–12 yaş arası, çətin həyat şəraitində yaşayan və müxtəlif sosial qruplardan olan uşaqlar, həmçinin 18 yaşınadək əlilliyi olan uşaqlar cəlb olunublar. Mərkəzin fəaliyyəti çərçivəsində onlara günərzi, psixoloji, sosial və hüquqi dəstək xidmətləri göstərilir.

Uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq dəfnəklər təşkil edilir, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif fəaliyyətlər icra olunur.