

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının İcrasında QHT-lərin Rolu Müzakirə EdilibAzərbaycan Milli QHT Forumunun konfrans zalında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin təşəbbüsü ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həyata keçirilməsində QHT-lərin rolu” mövzusunda dəyirmi masa müzakirələri təşkil edilmişdir.
İctimai Birliyin sədri İradə Rizazadənin moderatorluğu ilə keçən tədbirdə aşağıdakı əsas istiqamətlər üzrə geniş müzakirələr aparılmışdır:
Strateji fəaliyyət: “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın reallaşdırılmasında vətəndaş cəmiyyəti institutlarının rolu;
Beynəlxalq əməkdaşlıq: Mövzu ilə bağlı beynəlxalq təşkilatlarla işgüzar əlaqələrin qurulması və xarici auditoriyanın məlumatlandırılması;
Hesabatlılıq: 2024-cü il ərzində Qərbi Azərbaycan mövzusunda icra olunan layihələr və əldə edilən nəticələr;
Gələcək planlar: 2025-ci ildə həyata keçirilməsi nəzərdə tutulan prioritet vəzifələr.
Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvləri Nurəddin Mehdiyev və Zaur İbrahimli, Agentliyin Layihələrin İdarəedilməsi Departamentinin rəhbəri Elnur Bağırlı, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, eləcə də QHT nümayəndələri və sahə üzrə ekspertlər iştirak edərək öz təklif və mülahizələrini səsləndirmişlər.
Müzakirələr zamanı vurğulanıb ki, Qərbi Azərbaycana qayıdışın milli hədəf kimi müəyyən edilməsi QHT-lərin qarşısında daha məsuliyyətli və sistemli fəaliyyət göstərmək vəzifəsini qoyur.