Azərbaycan QHT Nümayəndələri BMT-nin 68-ci Sessiyasında
13 mar, 00:00

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri BMT-nin Qadınların Statusu Komissiyasının 68-ci sessiyasında iştirak edirlər.

QHT.az-ın məlumatına görə, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən sessiyada vətəndaş cəmiyyəti nümayəndələri kimi iştirak edirlər.

Qeyd olunur ki, Komissiya BMT-nin gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi üzrə ən böyük yığıncağıdır.