“Zəngəzur Dəhlizi – Yeni İpək Yolunun Mühüm Hissəsi” Adlı Beynəlxalq Konfrans Keçirilib
06 noy, 22:05

“Zəngəzur Dəhlizi – Yeni İpək Yolunun Mühüm Hissəsi” Adlı Beynəlxalq Konfrans Keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən “Zəngəzur Dəhlizi – Yeni İpək yolunun mühüm hissəsi” adlı beynəlxalq konfrans təşkil olunub.

Konfransı giriş sözü ilə açan İctimai Birliyin sədri İradə Rizazadə iştirakçıları və İpək Yolu üzərində yerləşən 5 ölkədən dəvət olunmuş ekspertləri salamlayaraq, tədbirin məqsədi barədə ətraflı məlumat verib. Sədr vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsinin bərpası deyil, həm də regionun və ümumilikdə İpək Yolu üzərindəki ölkələrin iqtisadi, sosial və logistik infrastrukturunun inkişafı üçün strateji əhəmiyyət kəsb edir.

İ. Rizazadə qeyd edib: “Dəhliz mədəniyyətlərarası dialoqun gücləndirilməsi və digər mühüm aspektlər baxımından böyük töhfələr vəd edir. Bu səbəbdən biz də vətəndaş cəmiyyəti nümayəndələri olaraq, Zəngəzur dəhlizinin açılmasının mahiyyətini xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans formatında dünya ictimaiyyətinin diqqətinə çatdırmağı özümüzə borc bildik.

Konfransda iştirak edən beynəlxalq ekspertlər Zəngəzur dəhlizinin Orta Dəhliz çərçivəsində rəqabətqabiliyyətli marşrut kimi əhəmiyyətini yüksək qiymətləndiriblər.