“Hər birimiz Azərbaycanın inamlı gələcəyi üçün səs verməliyik” – İradə Rizazadə
27 yan, 00:00

Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a açıqlamasında bildirib ki, vətəndaş cəmiyyəti nümayəndələri ölkənin hər bir dövründə milli maraqları qoruyaraq dövlətin yanında olub. Son illərdə isə QHT-lərin bu dəstəyi daha çox hiss olunur:

"44 günlük müharibədə QHT üzvləri xalqımızın hər bir nümayəndəsi kimi Ali Baş Komandanın ətrafında birləşmiş, öz imkanları çərçivəsində ordumuza dəstək göstərmiş, şəhid ailələri və müharibədən zərər çəkmiş şəxslərə köməklərini əsirgəməmişlər."

O, əlavə edib ki, müharibədən sonra da Ermənistanın Azərbaycana qarşı davam edən ekoloji terrorunun, eləcə də ölkəmizin faydalı qazıntı yataqlarının Ermənistan tərəfindən qanunsuz şəkildə istismarının qarşısını almaq məqsədilə keçirilən ekoloji aksiyalarda qeyri-hökumət təşkilatlarının rolu danılmazdır:

"Onlar Azərbaycanın vətəndaş cəmiyyətinin gücünü, haqq sözünü dünyaya çatdırmaqda mühüm rol oynayırlar."