Xocalı faciəsinin 33-cü ildönümündə CBC kanalında Xocalı soyqırımı qurbanlarının anımı və ədalət çağırışı
27 fev, 17:45

Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar CBC kanalında Xocalı soyqırım qurbanlarını andıq. Ən əsası bu vəhşiliyi törədənlərin layiqli cəzalarının tezliklə alacağını gözlədiyimizi vurğuladıq.
Leyla xanım Əliyevanın "Xocalıya ədalət" kampaniyasının, eləcə də QHT-lərin Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çardırılmasında fəaliyyətinin əhəmiyyətindən bəhs etdik.
Tarix boyu çəkdiyimiz məşəqqətlərə baxmayaraq bu gün Qarabağa, Xocalıya qayıdış edən soydaşlarımızın sevincini bölüşmək qismətimiz olub, tez bir zamanda da Qərbi Azərbaycana qayıdışımızın sevincini bölüşəcəyimizə inanırıq!
https://www.youtube.com/watch?v=BouEue_oosw