“Vətəndaşların Sosial Rifahı Naminə” İB-nin Təşəbbüsü ilə Göz Müayinəsi Aksiyası Keçirilib"
30 apr, 00:00

28 aprel tarixində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş Göz Müayinəsi Aksiyası keçirilib.

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi İstanbul NS Klinikası ilə birgə görkəmli oftalmoloq akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş aksiyanı təşkil edib. Aksiyadan öncə təşkilatın üzvləri, klinikanın həkimləri və işçi heyəti Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.

Daha sonra aksiyaya İstanbul NS Klinikasında start verilib.