
Bakı Beynəlxalq Kitab Sərgisində "İrəvan – Tariximiz, Torpağımız, Taleyimiz" Fotoalbomunun Təqdimatı KeçirilibAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair) çərçivəsində bugün "İrəvan – Tariximiz, Torpağımız, Taleyimiz" adlı fotoalbomun təntənəli təqdimatı baş tutub.
Fotoalbomun işıq üzü görməsində göstərdiyi maliyyə dəstəyinə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, nəşrin yüksək keyfiyyətlə hazırlanmasına görə “Şərq-Qərb” nəşriyyatının rəhbərliyinə və əməyi keçən bütün əməkdaşlara dərin təşəkkürümü bildirirəm.
Həmçinin, kitabın məsləhətçisi – tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafaya, bugünkü təqdimatda dəyərli fikirləri ilə çıxış edən tarix üzrə fəlsəfə doktoru, Tarix İnstitutunun Qərbi Azərbaycan şöbəsinin rəhbəri Cəbi Bəhramova, eləcə də vaxt ayırıb tədbirdə iştirak edən bütün QHT həmkarlarıma və dostlarıma minnətdaram.
Bu nəşr qədim İrəvanın tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yolunda növbəti mühüm addımdır.