Onun Cənab Prezidentə ünvanladığı təşəkkür məktubu president.az saytında yayımlanıb. Novruz ərəfəsində yazdığı məktubda o, arzularına səmimi qəlbdən inandığını və tezliklə gerçəkləşəcəyinə əmin olduğunu bildirib.
Məktubda qeyd olunur:
"Artıq bir neçə ildir ki, sayənizdə Qarabağda yandırdığımız Novruz tonqalını növbəti illərdə dədə-baba torpağımız olan Zəngəzur, Göyçə və İrəvanda da qalayacağımıza inanırıq. Sizin komandanlığınız ilə bu arzumuzun tezliklə gerçəkləşəcəyinə əminik və atdığınız hər bir addımda Qərbi Azərbaycan torpaqlarından olan həmvətənlərimiz adından Sizi daim dəstəklədiyimizi bildiririk."