Avrasiya Xalqları Assambleyasının Moskvadakı Mənzil-Qərargahında İşgüzar Görüş Keçirilib
19 avq, 21:24

Avrasiya Xalqları Assambleyasının Moskvadakı Mənzil-Qərargahında İşgüzar Görüş Keçirilib

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin (VSNİB) nümayəndə heyəti üzv olduğu Avrasiya Xalqları Assambleyasının Moskvadakı mənzil-qərargahında baş katib Andrey Belyaninov və baş katibin birinci müavini, katibliyin rəhbəri Svetlana Smirnova ilə işgüzar görüş keçirib.

Görüş zamanı aşağıdakı mühüm məsələlər müzakirə olunub:

  • Müştərək tədbirlər: Assambleyanın sentyabr ayında Azərbaycan Milli QHT Forumu ilə birgə keçirməyi planlaşdırdığı tədbirin təfərrüatları nəzərdən keçirilib.

  • Gələcək perspektivlər: 2023–2024-cü illəri əhatə edən fəaliyyət planı və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə VSNİB sədri İradə Rizazadə də iştirak edərək təşkilatın beynəlxalq layihələrdəki rolu və gələcək birgə addımlar barədə təkliflərini səsləndirib.