18 İyun – Milli İnsan Hüquqları Günü ilə əlaqədar Sosial Xidmətlər Agentliyinin Şəmkir rayonundakı “Günərzi Qayğı Mərkəzi”ndə maarifləndirici tədbir təşkil olunub.Tədbirin əsas məqsədi mərkəzə cəlb olunan uşaqların valideynlərini insan və uşaq hüquqları sahəsində məlumatlandırmaq, həmçinin onlara hüquqi dəstək mexanizmlərini izah etməkdir. Görüşdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Fariz Əhmədov və mərkəzin sosial işçisi Lalə Qasımova mövzu ilə bağlı ətraflı çıxış ediblər.
Qeyd edək ki, mərkəzin xidmətlərindən yararlanan şəxslər üçün hüquqi dəstək il boyu müvafiq mütəxəssislər tərəfindən davamlı olaraq həyata keçirilir.