Quba "Günərzi Qayğı Mərkəzi"nin Sakinləri Heydər Əliyev Mərkəzini Ziyarət Ediblər
15 iyn, 21:12

15 İyun – Milli Qurtuluş Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyinin “Günərzi Qayğı Mərkəzi”nin müəllim və uşaq heyəti Quba Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər.

Ekskursiya zamanı mərkəzin bələdçisi ziyarətçilərə Ulu Öndər Heydər Əliyevin həyatı, zəngin siyasi fəaliyyəti və dövlətçilik irsi barədə ətraflı məlumat verib. Bildirilib ki, Ümummilli Lider rəhbərlik etdiyi bütün dövrlərdə hər zaman xalqımızın milli maraqlarını uca tutmuş, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi üçün misilsiz xidmətlər göstərmişdir.

Uşaqlar mərkəzdəki eksponatlarla tanış olub, dahi şəxsiyyətin irsi ilə bağlı maraqlı faktlar öyrəniblər.