


“Belə Belə İşlər” layihəsinin fəaliyyətə başlamasının 5 ili tamam oldu!
“Belə Belə İşlər”də İrəvanla bağlı müsahibəmin yayımlanmasının bu qədər böyük marağa səbəb olacağını doğrusu gözləmirdim. Lakin vətən həsrəti ilə yaşayan soydaşlarımızın, İrəvan torpaqlarını heç vaxt görməyən gənc nəslin, eləcə də ölkəmizin müxtəlif bölgələrindən olan insanların tariximizə göstərdikləri maraq nəticəsində videonun müxtəlif sosial şəbəkələrdə baxış sayı olduqca yüksək oldu.
Əlbəttə ki, bu prosesdə ermənilərin də rolunu danmaq olmaz. Onlar da səsləndirdiyim real faktlar əsasında çox da dərin olmayan tarixlərini öyrənmiş oldular. Əminliklə deyə bilərəm ki, fərqli fikirlər səsləndirsələr, müxtəlif şərhlər yazsalar belə, bu faktların heç birini təkzib edə bilməzlər.
Bir daha “Belə Belə İşlər” komandasını 5 illik yubileyləri münasibətilə təbrik edir, fəaliyyətlərində daim tamaşaçı rəğbətini qoruyub saxlamalarını arzulayıram! 🎉