CBC TV Azerbaijan kanalına Qərbi Azərbaycan mövzusuna göstərdiyi diqqət və müsahibə üçün təşəkkürümü bildirirəm. Azərbaycan kanalı olmasına baxmayaraq, xarici dillərdə yayım aparması beynəlxalq ictimaiyyətin maarifləndirilməsində, eləcə də "qonşularımızın" tariximizlə bağlı həqiqətlərlə üzləşməsində müstəsna rol oynayır.
Təsadüfi deyil ki, yayımlanan bir videoya yazılan 600-ə yaxın şərhin 80%-dən çoxu məhz erməni istifadəçilərə məxsusdur. Bu fakt sübut edir ki, biz hədəfimizə qismən də olsa nail oluruq; erməni xalqına onların "uydurma tarixləri", əslində isə yaşadıqları torpaqların əzəli sakinləri və həmin ərazilərin real keçmişi barədə faktları xatırladırıq.
İnformasiya cəbhəsindəki bu uğurlarımızı genişləndirməli, tariximizin təbliği istiqamətində işlərimizi var gücümüzlə davam etdirməliyik!