



İrəvan Türk Cümhuriyyətinin təşkilatçılığı ilə 25 aprel tarixində Atatürk Mərkəzində **“İrəvan Müəllimlər Seminariyasının 140 illiyi”**nə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransın məqsədi XIX əsr tarixində İrəvan Müəllimlər Seminariyasının maarif və elmin inkişafındakı rolunun, eləcə də bu seminariyada təhsil almış dövrün görkəmli ziyalılarının elmi-mədəni mühitə verdiyi töhfələrin vurğulanması olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə açan İrəvan Türk Cümhuriyyətinin Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi İradə Rizazadə tədbirin mahiyyətindən və İTC tərəfindən həyata keçirilən fəaliyyətlərdən bəhs edib. O, həmçinin qədim tarixə malik seminariyanın irsinin yaşadılması və gənc nəslin maarifləndirilməsi baxımından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyi” ilə bağlı imzaladığı Sərəncamın xüsusi əhəmiyyətini vurğulayıb.