Yaşıl Dünya Naminə Həmrəylik İli çərçivəsində Günərzi Mərkəzlərində bir sıra fəaliyyətlər həyata keçirilib
09 sep, 09:44

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin dəstəyilə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Günərzi Qayğı mərkəzlərində il boyunca Yaşıl Dünya mövzusunda maarifləndirmə həyata keçirilib, uşaqların parklara ekskursiyası təşkil edilib, onlar Mərkəzin həyətində iməclik işlərinə cəlb edilib və eyni zamanda müxtəlif növ bitkilərin əkilməsində iştirak ediblər. Həmçinin Mərkəzin uşaqları bəzi tullantıları yenidən emal edərək maraqlı əl işləri ərsəyə gətiriblər. Ətraf mühitə dair mövzuda uşaqlar arasında rəsm müsabiqəsi də təşkil edilib.