“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) SB 62 tədbirləri çərçivəsində EarthWarriorz.org təşkilatı ilə əməkdaşlıq barədə anlaşma memorandumu imzalayıb.
Əməkdaşlığın əsas məqsədi 16 yaşadək uşaqlar arasında iqlim dəyişiklikləri mövzusunda maarifləndirməni gücləndirməkdir:
Əməkdaşlıq çərçivəsində ətraf mühitə dair web-səhifədə Azərbaycan dilində bölmə yaradılacaq, ölkə kontekstində maarifləndirici video-çarxlar hazırlanacaq, eyni zamanda bilik və bacarıqların artırılması üçün təlimlər təşkil ediləcək.